Polis Bərdədə əməliyyat keçirdi: SAXLANILANLAR VAR - FOTO

19/11/2022 - 09:27

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və quldurluq əməli törətməkdə şübhəli bilinən ümumilikdə 8 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Qafqaz.media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum edilmiş İsmayıl Həmidov saxlanılıb. Onun üzərində aparılan şəxsi baxış zamanı polietilen bükümlərdə qablaşdırılmış təmiz çəkisi 2 kiloqram 235 qram olan heroin və təmiz çəkisi 540 qram olan marixuana aşkar edilərək götürülüb. İ.Həmidovun əlbir olduğu şəxs və ya şəxslərin yerinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Polis Bərdədə əməliyyat keçirdi: Saxlanılanlar var

Qafqaz.media