Polşa Almaniyanın göndərdiyi “Patriot” sistemlərini Ukraynaya verdi – MÜDAFİƏ NAZİRİNDƏN AÇIQLAMA
Polşanın müdafiə naziri Mariuş Blaşçak çərşənbə günü Almaniyadan Polşaya təklif olunan “Patriot” zenit-raket komplekslərini Ukraynaya göndərməyi xahiş etdiyini bildirib.
Qafqaz.media xəbər verir ki, bu barədə Blaşçak Tvitter hesabında yazıb:
“Rusiyanın növbəti raket hücumundan sonra mən Almaniyadan xahiş etdim ki, Polşaya təklif olunan “Patriot” batareyalarını Ukraynaya köçürüb, ölkənin qərb sərhədində yerləşdirsin”.
Amerikanın MIM-104 "Patriot" kompleksi orta və yüksək hündürlükdə hədəflərə qarşı universal hava hücumundan müdafiə vasitəsi kimi və raket əleyhinə müdafiəni (ABM) təmin etmək üçün yaradılmışdır.
Qafqaz.media