Polşa Ukrayna ilə sərhədə hava hücumundan müdafiə sistemi yerləşdirəcək – MÜDAFİƏ NAZİRİNDƏN AÇIQLAMA

21/11/2022 - 12:59

Polşa hakimiyyəti Almaniyanın ölkəyə əlavə “Patriot” raketdən müdafiə/hava hücumundan müdafiə batareyaları göndərmək təklifini qəbul edib. Onların Ukrayna ilə sərhəddə yerləşdirilməsi planlaşdırılır.

Qafqaz.media xəbər verir ki, bu barədə Polşanın baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşçak öz Twitter səhifəsində yazıb.

"Almaniya müdafiə nazirinin ölkəmizə əlavə "Patriot" yaylım atəşi sistemlərinin yerləşdirilməsi təklifini məmnunluqla qəbul etdim. Almaniya tərəfi ilə bugünkü telefon danışığı zamanı sistemin Ukrayna ilə sərhəddə yerləşdirilməsini təklif edəcəm", - nazir yazıb.

Qafqaz.media