“Putin müharibəni davam etdirməkdə israrlıdır” – Ağ Ev AÇIQLADI

12/12/2022 - 09:51

ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Moskva Ukraynada müharibəni davam etdirmək niyyətindədir.

Qafqaz.media xəbər verir ki, bunu Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “ABC News” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin mümkün planlarının qiymətləndirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bizim yerlərdə gördüklərimiz odur ki, Vladimir Putin Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir”, - deyən Kirbi Rusiya prezidentinin planlarına daha dəqiq qiymət vermənin çətin olduğunu da bildirib.

Qafqaz.media