Putinin adına rayon salınır
17/04/2024 - 06:07
Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq rayon salınır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, rayonun Çeçenistanın paytaxtı Qroznıda salınması planlaşdırılır.
Bildirilib ki, bununla bağlı 35 min yerli sakin arasında sorğu keçirilib. Yekun nəticə Çeçenistan parlamentinə göndərilib.
Qeyd edək ki, Putinin adına rayonun salınması ideyasını Çeçenistan lideri Ramzan Kadırov irəli sürüb.