Qadın dənizdə itkin düşdü, 80 kilometr kənarda tapıldı

11/07/2024 - 11:46

Yaponiyada çimərlikdən 80 kilometr uzağa sürüklənən çinli qadın 36 saat sonra Tokionun şərqində xilas edilib. Publika.az xəbər verir ki, bu barədə NHK dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, Şizuoka əyalətindəki "Şirahama Ohama" çimərliyində rəfiqəsi ilə dənizə girən qadın yoxa çıxıb. Təhlükəsizlik qrupları helikopterin köməyi ilə onu 36 saat axtarıb. Qadın Çiba əyalətindəki Boso yarımadası yaxınlığında, bölgədə üzən nəqliyyat gəmisinin ekipajı tərəfindən radio siqnalı vasitəsilə aşkar edilib. O, ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ