Qahirədə Qəzza danışıqları nəticə verməyib, proses davam etdiriləcək

26/08/2024 - 09:47

Qəzza zolağında atəşkəslə bağlı Misirn paytaxtı Qahirədə baş tutan danışıqların növbəti raundu nəticə verməyib, bununla belə, proses davam etdiriləcək. APA xəbər verir ki, bu barədə “The Times of Israel” amerikalı rəsmiyə istinadən məlumat yayıb. Qeyd edilib ki, Qahirədə danışıqlar bütün iştirakçıların ümumi fikrinə əsasən yekun və mümkün razılığın əldə edilməsi məqsədi ilə aparılıb. Qalan məsələləri və detalları müzakirə etmək üçün prosesin yaxın günlərdə işçi qrupları vasitəsilə davam etdiriləcəyi vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57