RUS OLİQARXLARIN PULLARI UKRAYNAYA KÖÇÜRÜLÜR - ABŞ Konqresi təsdiqlədi

23/12/2022 - 00:16

Ədliyyə Nazirliyi ABŞ-da müsadirə edilən rus oliqarxların aktivlərinin satışından əldə edilən gəliri Ukrayna xalqına köçürəcək.

Qafqaz.media xəbər verir ki, bir neçə respublikaçı senatorun hələ noyabr ayında təqdim etdiyi düzəliş cümə axşamı Konqresdə qəbul edilib və hökumətin gələn il büdcə layihəsinə daxil edilib.

"Bu, Ukraynanın əziyyət çəkən xalqına hədiyyə, amerikalı vergi ödəyicisi üçün rahatlıq, oliqarxlar üçün isə pis gün olacaq", - onun müəlliflərindən biri, respublikaçı Lindsi Qrem düzəlişin qəbulunu şərh edib.

Qafqaz.media