Rusiya Aİ-nin Ermənistandakı missiyasının genişlənməsindən narahatdır
Rusiya Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişlənməsindən narahatdır və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir. APA-nın Moskva müxbiri xəbər verir ki bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novostiyə müsahibəsində bildirib.“Biz Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk, bu barədə dəfələrlə deyilib”, - rusiyalı nazir müavini vurğulayıb. Qaluzinin fikrincə, Avropa İttifaqının vəzifəsi region dövlətlərinin - Rusiya, İran və Türkiyənin ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər verərək Cənubi Qafqazda möhkəmlənməyə çalışmaqdır.