Rusiya Kurska bu qədər ordu toplamalıdır ki... - NYT

25/08/2024 - 08:53

Ukrayna ordusunu Kursk vilayəti ərazisindən sıxışdırıb çıxarmaq üçün ruslara ən azı 50 min əsgər lazımdır. Onların sözügedən sahədə bu qədər hərbçi ehtiyatı yoxdur. Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb. "Pentaqonun hesablamalarına görə, Ukrayna ordusunun Baş Qərargahı Kursk əməliyyatına 10 minə yaxın əsgər cəlb edib. Ukraynalılar nə qədər çox ərazini nəzarətə götürə bilsə, onu müdafiə etmək bir o qədər çətin olacaq. Ancaq Rusiya üçün Ukrayna Silahlı Qüvvələrini sıxışdırmaq da çətin olacaq. Ukraynalıları Rusiya ərazisindən geri çəkmək üçün Rusiyaya 15-20 briqada və ya ən azı 50 min əsgər lazımdır. Lakin indi Kremlin Kursk istiqamətində belə qüvvəsi yoxdur", - məlumatda deyilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57