Rusiya Moldovanı qaranlığa qərq etdi - Maya Sandudan AÇIQLAMA

23/11/2022 - 23:49

Rusiyanın Ukraynaya raket hücumları səbəbindən Moldovanın bir hissəsi də işıqsız qalıb.

Qafqaz.media liga.net-ə istinadən xəbər verir ki, Moldova prezidenti Maia Sandu bu barədə “Facebook”-da yazıb. O qeyd edib ki, Kişinyov Rusiya rejiminə etibar edə bilmir və azad dünyaya gedən yoluna davam edəcək.

“Rusiya Moldovanı qaranlıqda qoyub. Rusiya Ukraynada insanları öldürür, yaşayış məntəqələrini və enerji infrastrukturunu raketlərlə məhv edir. Ukraynaya hücumlar davam edir. İnsanlar dağıntılar altından yaralıları çıxarır. Və ölən yaxınlarına yas tuturlar. İnsanların həyatını tərsinə çevirmək olmaz”, - o yazıb.

Sandu Moldova sakinlərini elektrik enerjisinin verilişinin bərpa olunacağına inandırıb. Deyib ki, bütün dövlət qurumları bunun üzərində işləyir.

“Bizi qaranlıqda və soyuqda qoyan, başqa xalqları yoxsulluq və rüsvayçılıq içində saxlamaq üçün insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik. İndi nə qədər çətin olsa da, bizim yeganə yolumuz, Moldova Respublikasının gələcək yolu azad dünyaya doğru olmalıdır”, - deyə Sandu fikrini yekunlaşdırıb.

Qafqaz.media