Rusiya rəsmiləri Ukraynaya nüvə zərbəsi endirmək imkanlarını müzakirə ediblər - AMERİKA MEDİASINDAN SENSASİON İDDİA

29/11/2022 - 10:07

2022-ci ilin yazında Rusiya ordusunun ilk uğursuzluqlarından sonra ölkə rəsmiləri Ukraynaya zərbə endirmək üçün nüvə silahından istifadə imkanını müzakirə ediblər.

Qafqaz.media xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Nəşrin yazdığına görə, müvafiq danışıqları rusiyalı hüquq müdafiəçisi və Gulagu.net saytının təsisçisi Vladimir Oseçkinin FSB əməkdaşından “Dəyişiklik küləyi” çağırış işarəsi ilə aldığı elektron məktublar təsdiqləyir.

Bildirilir ki, müzakirələr Rusiya prezidenti Vladimir Putinin “Rusiya Federasiyasının ərazi bütövlüyünü” qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan etməzdən bir neçə ay əvvəl aparılıb. Rusiyalı generallar və FSB zabitləri Putinin iştirakı olmadan görüşlər keçirib və belə bir fikir bildiriblər ki, Rusiya Federasiyası prezidenti belə bir addım atmayacaq, çünki bu, həm rəqiblərin, həm də neytral ölkələrin gözündə Rusiyanın məğlubiyyəti demək olardı. Putinin belə bir əmr verəcəyi təqdirdə komanda zəncirinin bu qərarın qarşısını alacağı da irəli sürülüb.

“Generalların fikrindən asılı olmayaraq, Putin bu cür silahlardan istifadəyə qərar verə bilən yeganə şəxsdir. Lakin belə müzakirələrin özü Ağ Evin narahatlığını artırır”, - “Newsweek” yazır.

Qafqaz.media