“Rusiyada döyüş sursatlarının çatışmazlığı quru əməliyyatlarını bərpa etmək potensialını məhdudlaşdırır” – BRİTANİYA KƏŞFİYYATI

02/12/2022 - 11:54

“Ötən ay Rusiya ordusunun Dnepr çayının sağ sahilindən çıxarılması Ukrayna qüvvələrinə Rusiyanın logistika mərkəzlərinə və kommunikasiyalarına zərbələr endirməyə imkan verib”.

Qafqaz.media xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bugünkü hesabatında vurğulanır.

“Çox güman ki, bu təhlükə Rusiya ordusunu tədarük qovşaqlarını, o cümlədən dəmiryol postlarını daha cənuba və şərqə köçürməyə məcbur etdi”, - deyə hesabatda bildirilir.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya ordusuna məxsus nəqliyyat vasitələrinin hərəkəti Ukrayna artilleriyasının zərbəsi altında qalacaq, bu isə Rusiyanın irəlidəki mövqelərinə təchizat çatdırmasını çətinləşdirəcək.

“Rusiya döyüş sursatlarının çatışmazlığı (bu logistika problemləri ilə daha da artır) ehtimal ki, hazırda Rusiyanın effektiv genişmiqyaslı hücum quru əməliyyatlarını bərpa etmək potensialını məhdudlaşdıran əsas amillərdən biridir”, - kəşfiyyatın xülasəsində qeyd olunur.

Qafqaz.media