Rusiyada mərkəzdənqaçma meylləri güclənir-parçalanmanın ayaq səsləri yaxındadır

07/12/2022 - 16:00

Rusiya-Ukrayna müharibəsi fonunda əvvəllər təzahür etməyən bəzi hallar gün üzünə çıxmağa, özünü daha parlaq biruzə verməyə başladı. Belə ki, Tatarıstanın rəhbəri Rüstəm Minnixanov və Ramzan Kadırovun ardınca Dağıstan Respublikasının başçısı Sergey Melikov da müstəqil milli siyasət yürütməyə başlayıb.
Məlum olduğu kimi o, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə qarşılıqlı tərif və hədiyyələrlə yanaşı, “Azərbaycan və Dağıstan xalqları arasında tarixi bağların mövcud olduğu və indiki mərhələdə bu əlaqələrin daha da möhkəmləndiyi” vurğulanıb.
Görüşdə Azərbaycan Prezidentinə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtılə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.
Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.
Həmçinin, Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.
Bundan başqa, bu gün dekabrın 7-də Prezident İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Əlbəttə ki, bütün bunlar təsadüf deyil. Xatırladaq ki, Azərbaycan da Türkiyə kimi Ukraynaya fəal kömək edir. Görünür Ukraynaya müdaxilənin Rusiyanın sonunu gətirməyə rəvac verməkdə olduğunu "zorakı yapışdırılmış" federativ subyektlər sezməkdədirlər. Və Rusiyanın perspektiv məğlubiyyəti Kremldən mərkəzdənqaçma meyllərini gücləndirməkdədir.
Gec-tez dünyanın ədalət tərəzisində daşlar öz yerinə oturur. Əminik ki, Azərbaycandan qoparılan can parçaları doğma məkana qayıdacaq.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33