Rusiyada “xarici agentlər” haqda qanun qüvvəyə minir – BRİTANİYA KƏŞFİYYATI: “PUTİN ÖLKƏDƏ KƏSKİNLƏŞƏN NARAZILIĞIN QARŞISINI ALIR…”
Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatı növbəti hesabatını Ukraynadakı hərbi əməliyyatlara deyil, bir gün sonra, dekabrın 1-də qüvvəyə mincək “xarici agentlər” haqqında yenilənmiş Rusiya qanununa həsr edib.
Qafqaz.media xatırladır ki, 2012-ci ildən etibarən qanuna edilən dəyişiklikləri Rusiya prezidenti Vladimir Putin iyul ayında imzaladı. Mövcud qanunda xaricdən maliyyə alan (və ya güman edilən) şəxslər “xarici agent” adlandırılırsa, o zaman yeni qaydalara “xarici təsir” anlayışı daxil ediləcək.
Britaniya kəşfiyyatı yeni qaydalarda Rusiya Ədliyyə Nazirliyinin şəxsi məlumatları, o cümlədən "xarici agentlər" elan edilmiş şəxslərin ev ünvanlarını dərc etmək hüququna malik olacağına diqqət çəkir. Beləliklə, yeni qanunlar Rusiya dövlətinin repressiv səlahiyyətlərini daha da genişləndirəcək.
Hesabatda vurğulanır ki, bu tendensiya Putinin 2012-ci ildə prezidentliyə qayıdışından sonra davam edən, lakin Ukraynaya müdaxilədən sonra kəskin şəkildə sürətlənib.
“Münaqişə həll olunmamış qaldığı və rusların gündəlik həyatına getdikcə daha çox təsir etdiyi üçün Kreml çox güman ki, narazılığın artmasının qarşısını almaq üçün fəal hərəkət edir”, - Britaniya kəşfiyatı bildirir.
Latest Defence Intelligence update on the situation in Ukraine - 30 November 2022
Find out more about the UK government's response: https://t.co/fgQp2pB2Il
🇺🇦 #StandWithUkraine 🇺🇦 pic.twitter.com/tgBYUJUISr— Ministry of Defence 🇬🇧 (@DefenceHQ) November 30, 2022
Qafqaz.media