“SAAKAŞVİLİ HƏBSXANADA ÖLSƏ...” - Arestoviç: “Gürcüstan hakimiyyəti onu yavaş-yavaş məhv etmək qərarına gəlib”

01/12/2022 - 15:13

“Gürcüstan hökuməti Saakaşvilini yavaş-yavaş məhv etmək qərarına gəlib”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

“Saakaşvili öz istəyi ilə Gürcüstana gəldi və hakimiyyətin əlinə keçdi. Onu öldürməkdən də, təhvil verməkdən də qorxurlar. Ona görə də yavaş-yavaş acından öldürmək qərarına gəliblər. Üstəlik, bunu sübut etmək çox çətin olacaq. Deyəcəklər ki, biz hər şeyi etdik, bütün normalara əməl etdik, həkim gündə iki dəfə yanına gəldi və s.”- deyə Aretoviç bildirib.

Onun sözlərinə görə, Saakaşvili Gürcüstan hökumətindəki bütün adamlardan üstünböyük fiqur olduğu üçün, ondan qorxurlar və nə edəcəklərini bilmirlər.

Ukrayna prezidenti Vladimir Zelenskinin məsələyə müdaxilə edib-etməməsi ilə bağlı suala Aretoviç deyib ki, o, prezident Zelenskinin bu vəziyyətlə bağlı nəsə edə biləcəyini bilmir: “Bu, ondan asılıdır”.

Qafqaz.media