SAAKAŞVİLİ TİBBİ DİAQNOZLARI İLƏ BAĞLI GÖSTƏRİŞ VERDİ... - Eks-prezidentin vəkilləri məhkəməyə müraciət edəcək

30/11/2022 - 11:26

“Biz Mixail Saakaşvilini diaqnozlarla tanış etdik və o, onları açıqlamamağa qərar verdi”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze deyib.

Vəkilin sözlərinə görə, diaqnozların ictimaiyyətə açıqlanmaması üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar.

Hansı ki, bu diaqnozlar səhiyyə nazirinin əmrinə əsasən, cəza çəkməkdən azad edilməsini nəzərdə tutan siyahıya daxildir.

Xaçapuridze deyib ki, Mixail Saakaşvilinin vəkilləri heç vaxt eks-prezidentin xaricə köçürülməsini xahiş etməyiblər.

“Söhbət ondan gedir ki, cəza müvəqqəti dayandırılsın, sonra xaricə gedəcək, nə edəcəyi həkimlərin işidir. Siyasətçilər xaricə köçürülmələri ilə bağlı bu açıqlamanı verirlər. Hüquqşünas bu barədə necə danışmalıdır? Gürcüstan qanunvericiliyində bu yazılmayıb. Qanunda nə yazılıbsa, ədliyyə naziri də, 30 ildir tənqid etdiyim siyasətçilərin əksəriyyəti də eyni şeyi təkrarlayır. Bu, ədliyyə nazirinin deyil, hakimin həll etməli olduğu məsələdir”, - Xaçapuridze bildirib.

Qafqaz.media