Serbiya müxalifəti Rusiyaya qarşı sanksiyalar layihəsini parlamentə təqdim edib

24/11/2022 - 12:45

Serbiya hökumətinə xarici siyasəti Avropa İttifaqı ilə uyğunlaşdırmaq və təcrid olunmamaq üçün dərhal Rusiyaya qarşı sanksiyalar tətbiq etmək təklif edilib.

Qafqaz.media bu barədə xarici media istinadən xəbər verir.

“Biz Aİ üzvlüyünə yeganə namizədik və Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməmişik. Biz özümüzü yenidən təcrid olunmaq təhlükəsi ilə üz-üzə qoyuruq”, - deyə Serbiya parlamentinin vitse-prezidenti Borko Stefanoviç bildirib.

Onun sözlərinə görə, noyabrın sonuna kimi Rusiya əleyhinə sanksiyaların tətbiqi təklifini Xarici Əlaqələr Komitəsinə göndərəcək və buna Milli Assambleyada baxılacağına ümid edir. Serbiya Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərə qoşulmasa, o zaman 10 mindən çox şirkət və 300 min işçi, həmçinin Aİ ölkələri ilə ticarət risk altında olacaq.

“Serbiya bərpa olunan virtual Berlin divarının o biri tərəfində qalmamalıdır”, - Stefanovic vurğulayıb.

Qafqaz.media