Şəhid sərhədçilərimiz də təltif olundu

17/08/2024 - 12:28

Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib. Modern.az xəbər verir ki, Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib. Qeyd edək ki, Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33