“Siyasi partiyalar haqqında” qanun layihəsi I oxunuşda qəbul olundu

29/11/2022 - 15:58

Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Qafqaz.media-nın xəbərinə görə, qanun 6 fəsil və 30 maddədən ibarətdir.

Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.