Stoltenberq: “Putinin qalib gəlməsinə imkan verə bilmərik”

29/11/2022 - 00:40

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə iki günlük sammitin keçirildiyi Buxarestdə jurnalistlərə açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın dinc əhaliyə zərər vurmaq üçün Ukraynanın enerji infrastrukturuna zərbələr endirməkdə davam edəcəyi ehtimalı var.

“Rusiya prezidenti Vladimir bunu qış ərəfəsində etməklə qışdan Ukrayna ilə müharibədə silah kimi istifadə etməyə çalışır”, - Stoltenberq bildirib.

O deyib ki, NATO Rusiyanın təcavüzünə cavab olaraq Baltikdən Qara dənizə qədər olan ərazidə, o cümlədən Rumıniyada mövcudluğunu artırır, yeni döyüş qrupları yaradır.

“Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik”, - deyə Stoltenberq vurğulayıb: “Əks halda, bu, bütün dünyada avtoritar hökmdarlara öz məqsədlərinə hərbi güc tətbiq etməklə nail ola biləcəklərini nümayiş etdirər və bu dünyanı hamımız üçün daha təhlükəli edər. Odur ki, Ukraynanı dəstəkləmək öz təhlükəsizliyimiz üçün önəmlidir”.

Qafqaz.media