"The Sunday Times": Rusiya nefti sanksiyalardan yayınaraq Böyük Britaniyaya axır

21/11/2022 - 09:57

Rusiya nefti sanksiyalardan yan keçərək Böyük Britaniyaya axır.

Qafqaz.media bildirir ki, bu barədə "The Sunday Times" yazır.
Nəşrin yazdığına görə, bu, iki əsas metodla aparılır:
- açıq dənizdə neftin tankerdən tankerə vurulması. Bu metod əvvəlcə sırf texniki səbəblərdən edilirdisə indi sanksiyalardan yan keçmək üçün istifadə olunur - əvvəlcə İran, sonra Venesuela, indi isə Rusiya.
- üçüncü ölkələr vasitəsilə idxal: Milli Statistika Bürosunun (ONS) məlumatları yükün mənşə ölkəsini nəzərə alır. Bu xüsusiyyətə görə, məsələn, Britaniya statistikasında Böyük Britaniya iyun və iyul aylarında Hollandiya, Estoniya, Belçika və Polşadan neft idxal edib. Bildiyimiz kimi bu ölkələr neft ölkələri və onlar özləri də nefti idxal edir. Bu onu deməyə əsas verir ki, adı çəkilən ölkələr Rusiyadan "naməlum mənbələr"dən neft ala bilər, dolayısı ilə aldığı mal Britaniyaya da idxal oluna bilər.  
Əslində, Britaniya ticarət statistikasına görə, mart ayından bu yana ölkəyə 778 milyon funt-sterlinq dəyərində Rusiya nefti daxil olub.

Qafqaz.media