Tanınmış cərrah da deputatlığa namizədliyini verib

09/08/2024 - 16:01

Uzun illər şəfalı əlləri ilə minlərlə uğurlu əməliyyat həyata keçirən Uzman.Dr Vüqar Ələkbərov indi Yasamal sakinlərinə xidmət etmək üçün millət vəkili olmaq istəyir. Vətən Müharibəsi zamanı könüllü cərrah olaraq Ağcabədi rayon hospitalında 200 dən çox yaralı qazimizi əməliyyat edərək şəfa vermişdir. Nüfuzlu həkimin namizədliyi 15 saylı Yasamal Birinci Seçki Dairəsində qeydə alınıb. Vətənpərvərliyi  ilə seçilən Vüqar Ələkbərov indi də doğma yasamallılarının seçiminə güvənərək namizədliyini məhz 15 saylı Birinci Seçki Dairəsindən irəli sürüb.

Dr. Vüqar Ələkbərov hər zaman ulu öndər Heydər Əliyevin tövsiyyələri ilə dövlətinə sadiq bir vətəndaş olmuşdur, təhsilini Türkiyədə tamamlamağına baxmayaraq ölkəmizə geri qayıtmışdır. Doğma yasamalların hər zaman ən doğrunu seçdiyini, sentyabrın ilk günündə, Milli Məclisə seçkilərdə də ən doğru namizədə səs verəcəklərinə inanan Vüqar Ələkbərov bu gündən seçki kampaniyasına başlayır. Seçki kampaniyası boyu qanunvericiliyə uyğun olaraq seçicilərlə görüş keçirərək seçicilin arzu və təkliflərini dinləyəcək, seçiciləri daha çox qayğılandıran problermləri öyrənəcək. İkinci Qarabağ Müharibəsində qələbəni birlikdə qazandığımız kimi, bütün problemləimizin öhdəsinddən birliyimizlə gələ biləcəyimizə inan doktor Vüqar Ələkbərova bu yolda uğurlar arzulayırıq.

Arzuman Loğmanoğlu

Sozcu.info