Təbrizdə polis dəfn mərasiminə hücum etdi -VİDEO

24/11/2022 - 10:17

Təbrizdə polis dəfn mərasiminə hücum edib.

“Mouze“ teleqram kanalı xəbər verir ki, bir neçə gün əvvəl əvvəl aksiyalarda öldürülən qızın dəfn mərasiminə toplaşan təbrizlilər "Xameneiyə ölüm", "Bu qan yerdə qalmayacaq, "Azadlıq", "Bişərəf" kimi şüarlar səsləndiriblər.

İzdihamı dağıtmaq üçü polis qəbiristanlığa hücum edib. Nəticədə xeyli sayda soydaşımız xəsarət alıb.

İnternetin zəif olması səbəbilə hadisə yerindən görüntülər indi yayılıb.