TƏCİLİ! Türkiyə hərəkətə keçir

28/11/2022 - 18:51

Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb.

Qafqaz.media "Report"a istinadən xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Ordu bölmələri sərhədə bitişik ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir.

Bundan əvvəl noyabrın 27-də Türkiyə milli müdafiə naziri Hulusi Akar ordu komandanlığı və sərhədyanı bölgələrdəki birlik komandirləri ilə videokonfrans keçirib.