“Türkiyənin Suriya əməliyyatı ABŞ hərbçilərinə təhlükə yaradır” - PENTAQON RƏSMİSİ

24/11/2022 - 12:02

“Türkiyənin Suriyadakı əməliyyat çərçivəsində həyata keçirdiyi hava hücumları ABŞ hərbçilərinin təhlükəsizliyinə təhdid yaradır”.

Bunu Pentaqonun sözçüsü, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib.

“Hava hücumları orada yerləşən ABŞ hərbçilərinin təhlükəsizliyini birbaşa təhdid edir. Onlar yerli tərəfdaşları ilə əməkdaşlıq edərək İŞİD-i məğlub etməyə və bu terror qruplaşmasının 10 mindən çox yaraqlısını həbsdə saxlamağa çalışırlar”, – Rayder deyib.

Onun sözlərinə görə, vəziyyətin gərginləşməsi İŞİD-ə qarşı mübarizədə uzun illər davam edən irəliləyişi də təhlükə altına qoyur: “Bu eskalasiya beynəlxalq anti-İŞİD koalisiyasının bu qruplaşmanı zəiflətmək və məğlub etməkdə çoxillik irəliləyişini təhlükə altına qoyur”.

Pentaqon sözçüsü Suriyanın şimalında, İraqda və Türkiyədə vəziyyətin gərginləşməsindən dərin narahatlığını bildirib./azpost.info