Ukrayna hərbçiləri PUA-larla Rusiya işğalçılarını ələ keçirməyi öyrənir

21/12/2022 - 00:27

Ukrayna ordusu rus qoşunlarını ələ keçirmək üçün pilotsuz təyyarələrdən istifadə edir.

Qafqaz.media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.

Bildirilir ki, Ukrayna Rusiya hərbçilərini təslim olmağa təşviq etmək üçün PUA-lardan istifadə edə bilər.

Məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri ilk dəfə noyabrın sonunda düşməni ələ keçirmək üçün pilotsuz təyyarələrdən istifadə edib. Daha sonra rus əsgərinin silahını yerə atdığı, əllərini qaldırdığı və başının üstündən uçan pilotsuz təyyarəni izlədiyi kadrları yayımladılar. Pilotsuz təyyarə təslim olan şəxsi Ukrayna ordusunun 54-cü diviziyasının əsgərlərinin yanına aparıb.

“Ukrayna fəal şəkildə rus əsgərlərinin döyüşməsi üçün deyil, təslim olmaları üçün kampaniya aparır. Buna baxmayaraq, təslim olmaq döyüş meydanında ən təhlükəli hərəkətlərdən biridir”, - NYT vurğulayır.

Qafqaz.media