Ukrayna müharibəsində ilk - Kiyevdən Xersona gedən qatar...

19/11/2022 - 11:25

8 aydan sonra Ukraynanın paytaxtı Kiyevdən Xerson şəhərinə ilk sərnişin qatarı yola düşüb.

Qafqaz.media xəbər verir ki, Kiyevdəki vağzaldan yerli vaxtla saat 22.30-da yola düşən sərnişin qatarının bu gün Xersona çatacağı gözlənilir.

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Ukrayna baş nazirinin müavini İrina Vereşçuk və Kiyevdə rəsmi təmasda olan Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Kiyev stansiyasında keçirilən mərasimdə iştirak ediblər. Nazir Kubrakov da evlərinə qayıdan Xerson sakinləri, mətbuat nümayəndələri və təhlükəsizlik işçiləri ilə qatara minib./teleqraf.com