Ukrayna Saakaşvilini müalicə üçün qəbul etməyə hazırdır – RƏSMİ AÇIQLAMA

20/12/2022 - 21:56

Ukrayna həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini qəbul etməyə hazırdır.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Mixail Podolyak öz Tvitter hesabında bildirib.

Onun sözlərinə görə, Ukrayna Saakaşvilinin təhlükəsizliyini və müalicəsini təmin etməyə hazırdır.

"Ukrayna Saakaşvilini qəbul etməyə, onun təhlükəsizliyini və düzgün müalicəsini təmin etməyə hazırdır", - Podolyak yazıb.

Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hökumətini Mixail Saakaşvilini azad edib, müalicə üçün Ukraynaya köçürməyə çağırıb.

Xatırladaq ki, Gürcüstanda Mixail Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Mixail Saakaşvili xəstəxanadadır və Tbilisi Şəhər Məhkəməsi ona növbəti prosesə qoşulmaq üçün video bağlantı təqdim etməyib. Dekabrın 14-də o, məhkəmə ilə video əlaqənin olmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb, lakin bu, cəmi bir neçə saat çəkib.

May ayından Mixail Saakaşvili “Vivamed” klinikasında müalicə alır. Saakaşvilinin vəkilinin sözlərinə görə, onun 36 xəstəliyi var. Üstəlik, qanında civə və ağır metalların olduğu da müəyyən edilib.

Qafqaz.media