Ukraynada 400 minə yaxın insan işıqsız qalıb – BAŞ NAZİR AÇIQLADI

25/11/2022 - 21:43

“Ukraynanın hər bir regionunda 200 mindən 400 minə yaxın insan hazırda işıqsız qalıb”.

Qafqaz.media xəbər verir ki, bu barədə bu gün Ukrayna hökumətinin iclasında baş nazir Denis Şmıqal bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi Rusiyanın növbəti zərbəsindən sonra “ağır sistem qəzası”ndan çıxıb.

"Bütün əsas yüksək gərginlikli infrastruktur işləyir, lakin bütün ştatda oblenerqoların paylayıcı şəbəkələrində problemlər qalmaqdadır", - Şmıqal deyib.

Nəticədə, Ukraynanın hər bir regionunda 200 mindən 400 minədək elektrik istehlakçısı enerjisiz qalır.

Qafqaz.media