Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı
30/11/2022 - 12:39
“Rusiyanın təcavüzkar müharibəsi nəticəsində Ukraynada 20 mindən çox mülki şəxs həlak olub”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tviterdə yazıb.
O bildirib ki, Ukraynanın ümumi itkiləri 100 min nəfərdir.
Ursula Fon der Lyayen, həmçinin qeyd edib ki, Ukraynaya dəyən zərər 600 milyard avro həcmindədir: “Rusiya cinayətləri ilə məşğul olmaq üçün ixtisaslaşdırılmış məhkəmə yaratmaq istəyirik. Buna görə Beynəlxalq Cinayət Məhkəməsi ilə işlərimiz davam edir”.