“Ümid generatoru”: Avropa şəhərləri Ukraynaya elektrik generatorları verəcək

23/11/2022 - 22:57

Avropa Parlamentinin prezidenti Roberta Metsola bütün Avropa şəhərlərini Ukraynaya elektrik generatorları verilməsi təşəbbüsünə qoşulmağa çağırıb.

Qafqaz.media xəbər verir ki, Avropanın ən böyük şəhərləri Ukraynanın dağıdıcı Rusiya atəşindən sağ çıxmasına kömək etmək üçün bu ölkəyə elektrik generatorları və transformatorlar bağışlayacaq.

Roberta Metsola və Florensiyanın meri Dario Nardella tərəfindən irəli sürülən “Ümid generatorları” təşəbbüsü ölkənin əsas obyektlərini, o cümlədən xəstəxanalar, məktəblər, su stansiyaları, qayğı mərkəzləri, sığınacaqlar və telefon xətlərini elektrik enerjisi ilə təmin etmək məqsədi daşıyır.

МетсолаМетсолаRoberta Metsola cements rise to European Parliament presidency – POLITICO"Avropa Parlamenti və Avropa İttifaqı humanitar, hərbi və maliyyə dəstəyi məsələsində Ukrayna ilə həmrəylik nümayiş etdiriblər. İndi qışdan çıxmaq üçün onların praktiki dəstəyə ehtiyacı var", - Metsola çərşənbə günü mətbuat konfransında deyib.

Avropa Parlamentinin sədri Avropanın bütün şəhər, qəsəbə və regionlarını “Ümid generatorları” kampaniyasına qoşulmağa çağırıb.

Qafqaz.media