VASİF TALIBOV İSTEFA VERDİ – Ali Məclis sədrinin səlahiyyətləri bu şəxsə həvalə edildi... - FOTO

21/12/2022 - 13:42

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib.

Qafqaz.media xəbər verir ki, o, bu barədə qərarını Ali Məclisin bu gün keçirilən növbədənkənar iclasında açıqlayıb.

Qeyd edək ki, V.Talıbov 1960-cı ilin yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

Onu da qeyd edək ki, Vasif Talıbovun vəzifələri birinci müavin Azər Yadulla oğlu Zeynalova həvalə edilib.