VASİF TALIBOV NAXÇIVANA QAYIDIB – Prezidentlə görüşə bilməyib...

20/12/2022 - 17:42

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov 8 günlük Bakı səfərindən sonra bu gün MR-ə qayıdıb.

Qafqaz.media xəbər verir ki, bu barədə “Ovqat.com” saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Talıbov bir həftədən artıq paytaxtda qalsa da, ölkə başçısının qəbuluna düşə bilməyib. “Görünür, ona siyasi iradənin verəcəyi qərarı Naxçıvanda gözləməsi tövsiyə olunub”, - sayt yazır.

O da bildirilir ki, MR rəhbərinin qayıdarkən pəymürdə halı gözdən yayınmayıb.

Onun Naxçıvanda ilk qarşılaşdığı “sürpriz” isə müşayiətçi polis dəstəsinin onun pişvazına çıxamaması olub. Müşayiətçi polis dəstəsinin qayıdışdan bir gün əvvəl ləğv edildiyi bildirilirdi.