Vasif Talıbovun oğlu atasının istefa qərarına gözləri dolaraq səs verdi - VİDEO
21/12/2022 - 22:31
Naxçıvan Ali Məclisinin bugünkü qəfil növbədənkənar sessiyasında Vasif Talıbovun istefası səsə qoyularkən oğlu Seymur Talıbov ağlayıb.
Qafqaz.media Azpolitika.info-ya istinadən xəbər verir ki, Naxçıvan Televiziyasının sessiyadan hazırladığı qısa reportajda kiçik Talıbovun gözüyaşlı olduğu açıq görünür. Atasının istefa qərarına o da səs verir – tərəddüdlə və gözüyaşlı sol əlini yarıyadək qaldırır və tez də endirir.
Həmin görüntüləri təqdim edirik: