Vaşinqton Kiyevi lazımi enerji avadanlıqları ilə təmin edir

27/08/2024 - 05:51

Vaşinqton enerji infrastrukturunu təmir etmək və onun dayanıqlılığını artırmaq üçün Kiyevi lazımi avadanlıqla təmin edir. APA xəbər verir ki, bu barədə avqustun 26-da ABŞ prezidenti Co Bayden məlumat verib. “Birləşmiş Ştatlar, həmçinin Ukraynanın enerji sistemlərini təmir etmək və Ukrayna enerji şəbəkəsinin dayanıqlılığını artırmaq üçün aktiv şəkildə bu ölkəni avadanlıqla təmin edir”, - deyə Bayden bildirib. O, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada kritik əhəmiyyətli enerji infrastrukturu obyektlərinə endirdiyi kütləvi zərbələri də pisləyib. “ABŞ Ukraynaya dəstək verən 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək. Bu koalisiya Ukraynanı mühüm hərbi texnika, o cümlədən hava hücumundan müdafiə raketləri və müxtəlif növ raketlərlə təmin edir”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57