"Vüqar Həşimov Memorialı"nın direktoru: Turniri yüksək səviyyədə keçirməyə çalışacağıq

06/09/2024 - 13:54

Turniri yüksək səviyyədə keçirməyə çalışacağıq. "Report" xəbər verir ki, bunu "Vüqar Həşimov Memorialı"nın direktoru Anar Allahverdiyev mətbuat konfransında deyib. O, turnirin artıq yalnız Şuşada təşkil oluna biləcəyini vurğulayıb: "Etimadı doğrultmağa çalışacağıq. Bundan sonra yarışı Şuşada təşkil etmək niyyətindəyik. Azərbaycan yığmasının beş üzvündən üçü turnirdə mübarizə aparacaq". Qeyd edək ki, yarış sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcək. Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da baş tutacaq. Turnir “Şuşa” otelində təşkil ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ