XAMENEİ QƏRAR VERDİ – Etirazçılar cəzalandırılacaq

21/11/2022 - 09:56

İranın ali rəhbəri Seyid Əli Xamenei kütləvi etirazlara qatılanların cəzalandırılmasını tələb edib. O, bunu İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanall məlumat yayıb. 

Xamenei bildirib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edənlər cəzalandırılmalıdır.

İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamenei qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb: 

“Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02