Xersonda 4 nəfər atışma nəticəsində həlak olub
Xerson administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bu yaxınlarda azad edilmiş şəhərin atəşə tutulduğunu təsdiqləyib və dağıdılmış binanın görüntülərini, yerdəki qan ləkələrinin əks olunduğu videonu yayıb.
“Saat 17:00 radələrində rus işğalçıları artilleriya və MLRS ilə şəhərin yaşayış məntəqəsini atəşə tutdular. Atəş nəticəsində hündürmərtəbəli bina yanıb. Düşmən mərmiləri də oyun meydançasına düşüb.
Bu günə qədər 10-a yaxın atəş qurbanı məlumdur, onlardan 4-ü işğalçılar tərəfindən öldürülüb”, - Yanuşeviç yazıb.
Daha əvvəl də Ukrayna mediasında və teleqram kanallarında Xersonda yanan evlərin görüntüləri yayılıb.
Qafqaz.media