Yaponiya Çin təyyarəsinin hava məkanını pozmasını təhlükəsizliyinə təhdid kimi qiymətləndirib

27/08/2024 - 07:59

Çin hərbi təyyarəsinin Yaponiyanın hava məkanını pozması ölkənin təhlükəsizliyini təhdid edir. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi bildirib. "Çin hərbi təyyarəsinin hava məkanını pozması təkcə suverenliyimizi deyil, həm də təhlükəsizliyimizi təhdid edir. Bu, qətiyyən qəbuledilməzdir", - Hayasi qeyd edib. Tokio, həmçinin gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlərin görülməsini tələb edib. Baş katib vurğulayıb ki, Yaponiya hökuməti Çinin hərəkətlərini diqqətlə izləyir. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hava məkanının pozulması avqustun 26-da yerli vaxtla saat 11:29-da (Bakı vaxtı ilə 06:29) baş verib. Çinin Y-9 təyyarəsi Yaponiya hava məkanını 2 dəqiqə sonra tərk edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30