Yaponiyada keçmiş müdafiə nazirinin klon-robotu yaradıldı

20/11/2022 - 19:01

Yaponiyada keçmiş müdafiə nazirinin klon-robotu yaradıldı. Qafqaz.media bu barədə "ferra.ru" saytına istinadla xəbər verir.

Taro Kono o qədər nüfuzlu siyasətçi olub ki, onun üçün klon-robot yaradılıb.
Alimlər iddia edirlər ki, intellektual planda bu, nazirin daha mükəmməl nüsxəsidir: süni intellekt sayəsində robot Taro əvəzinə görüşlərdə iştirak edə bilər, sonra isə ona ən vacib olanların qısa xülasəsini təkrar söyləyə bilər. Eyni zamanda, klon uzaqdan idarə oluna bilər.

Əkiz robot sadəcə Kononun klonu və ya elektron “nüsxəsi” deyil, onun kibernetik avatardır. Başqa sözlə, bu robot alimlərin fikrincə, fiziki və əqli qabiliyyətləri yenilənmiş insanın “ən yaxşı” versiyasıdır. Elm adamlarına belə robot insanların bu cür "nüsxələrə" münasibəti və onun müxtəlif fəaliyyət sahələrində bir insanı əvəz edib-edə bilməcəyi ilə bağlı araşdırma üçün lazımdır.
Əgər layihə baş tutarsa, o zaman gələcəkdə digər nazirlər üçün də dublyorlar yaratmağı planlaşdırırlar.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06