YENİ DƏRS İLİ QABAĞI KİRAYƏ EVLƏR TAPILMIR - Qiymətlər necədir? + VİDEO

26/08/2024 - 10:46

Kirayə bazarında qıtlıq olduğundan bir çox tələbə ev tapa bilmir. Xezerxeber.az-ın xəbərinə görə, son iki ildir ki, Bakının kirayə mənzil bazarında tələb təklifi üstələyir. Yeni dərs ilinin başlaması ilə bu problem özünü daha qabarıq göstərir. Ekspertlər deyir ki, qiymətlər ötən ilə nisbətən artıb. Onların sözlərinə görə, əvvəllər tələbələr univeristetə yaxın yerlərdə mənzil kirayələyirdilər. İndi isə univeristet yaxınlığına ev tapmaq demək olar ki, mümkün deyil. Buna görə də tələbələr şəhərin ucuz yerlərinə üz tuturlar. Ekspertlərin fikrincə, kirayə bazarına tələbin çox olmasının səbəblərindən biri bir çox universitetlərin yataqxanasının olmamasıdır. Yataqxanası olan universitetlərin çarpayı sayı isə tələbələrin sayından xeyli aşağıdır. Bununla yanaşı, Bakıda aparılan söküntü işləri də kirayə bazarına ciddi təsir edib.

"Xezerxeber.az"-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10
Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51