Yeni ildə neçə gün iş olmayacaq?

24/11/2022 - 12:23

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

Qafqaz.media xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06