Zaqatalada artezian quyusunda təmir aparan şəxs ölüb

03/07/2024 - 15:26

Zaqatala Suvarma Sistemləri idarəsinin əməkdaşını iş başında ölüb.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Çobankol kəndində baş verib.1972-ci il təvəllüdlü Zaqatala rayon sakini Hacıməhəmməd Rəhmətullah oğlu Qaracayev artezian quyusunda təmir işləri aparan zaman bilinməyən səbəbdən ölüb. H.Qaracayevin qəfil ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ