Zelenski İlon Maskı Ukraynaya dəvət etdi – “Gəlin və bunu öz gözlərinizlə görün…”

30/11/2022 - 22:43

Ukrayna prezidenti Vladimir Zelenski “The New York Times”ın təşkil etdiyi “DealBook” sammitində İlon Maskı Ukraynaya dəvət edib ki, iş adamı rus qoşunlarının ölkəsinə vurduğu zərəri görə bilsin.

“Rusiyanın burada nə etdiyini anlamaq istəyirsinizsə, Ukraynaya gəlin və bunu öz gözlərinizlə görəcəksiniz. Bundan sonra siz bizə müharibəni kimin başladığını və necə bitəcəyini söyləyəcəksiniz”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, oktyabrın əvvəlində Mask Moskva ilə Kiyev arasında mümkün atəşkəsin parametrlərini təklif etdiyi bir sıra tvitlər dərc edib. O, xüsusən də Ukraynaya Krımı qaytarmamağı təklif edib.

Qafqaz.media