6 yaşında itdi, 73 il sonra tapıldı...
1951-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında 6 yaşında oğurlanan Luis Armando Albino 73 ildən sonra köhnə fotoşəkillər və qəzet kəsiklərinin köməyi ilə tapılıb. Modern.az "Guardian"a ustinadən xəbər verir ki, Luis Armando Albino 21 fevral 1951-ci ildə West Oaklandda parkda oynayarkən bir qadın tərəfindən qaçırılıb. Qadın Luisə yaxınlaşaraq “sənə konfet alaram” sözü ilə onu aldadıb... Luis Nyu-Yorkda bir cütlük tərəfindən böyüdülüb. Anası heç vaxt ümidini itirməyib, amma 2005-ci ildəki ölümünə qədər Luisin taleyini öyrənə bilməyib. Onun əmisi oğlu Albinonun tapılmasında fəal rol oynayıb. Luisin əmisi oğlu Alida Alekin yerli polis, FTB və Ədliyyə Departamenti ilə əməkdaşlıq edb. Luis qaçırıldığı müddətdə yanğınsöndürən kimi çalışıb. Adam oğurlanmasından sonra polis, əsgərlər və sahil mühafizəsi Luisi tapmaq üçün geniş axtarışlar aparsa da, istintaq irəliləyiş göstərə bilməyib. İstintaqda əsas tarix 2020-ci ildir. Alida əyləncə məqsədilə DNT testi verib və Luislə 22 faiz uyğunluq ortaya çıxıb. Onunla əlaqə saxlasa da, cavab almayıb. Bu ilin əvvəlində Alidanın qızları vəziyyəti yenidən araşdırmaq qərarına gəlib və Luisin adını internetdə axtarıblar. Yenidən itkin düşmüş şəxslə bağlı iş açılıb və FTB ilə Ədliyyə Departamenti işə qarışıb. İyunun 24-də FTB-nin köməyi ilə Luis ailə üzvləri ilə birlikdə Oklendə gəlib və Alida və digər qohumları ilə görüşüb.