6,8 bal gücündə zəlzələ baş verdi: sunami təhlükəsi
03/08/2024 - 08:06
Filippinin cənubundakı Mindanao adasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 233 min nəfər əhalisi olan Maquqpo Poblasion yaşayış məntəqəsindən 124 km şimal-şərqdə, ocağı isə 30 km dərinlikdə yerləşib.
Yaponiya Meteorologiya İdarəsi bölgədə sunami təhlükəsi elan edib.