"ABŞ-ın Ankaraya verəcək cavabı yoxdur" - ƏRDOĞAN

21/11/2022 - 15:36

“Türkiyənin NATO müttəfiqinin son illərdə Suriyada terrorçuların fəaliyyət göstərdiyi bölgələrə minlərlə yük maşını ilə sursat və silah çatdırması bizi kədərləndirdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə ABŞ-ın Suriyaya yanaşmalarından təəssüflənir.

“Bu kurs Barak Obamanın prezidentliyindən bəri davam edib, Donald Tramp dövründə də davam edib və Co Bayden dövründə də dəyişməz qalıb”.

Türkiyə liderinin sözlərinə görə, Ankaranın Suriya ilə bağlı narahatlığı Vaşinqtonun diqqətinə çatdırılıb.

“Mən şəxsən Obama, Tramp və daha sonra Baydenlə söhbətlərdə bu məsələni qaldırdım və dedim ki, əgər biz NATO müttəfiqləri və tərəfdaşlarıyıqsa, amerikalıların Suriyadakı terrorçulara verdiyi dəstəyin Türkiyənin cənub sərhədləri üçün təhlükə olduğunu bilməliyik. Biz xəbərdarlıq etmişdik ki, lazım gələrsə, qisas almaq məcburiyyətində qalacağıq”, - deyə prezident Ərdoğan vurğulayıb.

Türkiyə dövlətinin başçısı qeyd edib ki, Amerika tərəfinin Ankaraya cavab verə bilmir.
“Türkiyənin milli təhlükəsizliyinin tələb etdiyi kimi hərəkət etməyə davam edəcəyik. Güzəşt yoxdur! Çünki istənilən mövqe dəyişikliyi ölkəmiz üçün problemlərə çevrilir. Türkiyə ordusunun bölgədə terrorçulara qarşı əməliyyatları davam etdiriləcək”.

Ərdoğan 2019-cu ilin Soçi razılaşmalarını xatırladıb. Bu razılaşmaya görə , Rusiya tərəfi Suriyanın müəyyən bölgələrinin terrorçulardan təmizlənməsini öz üzərinə götürüb.

“Təəssüf ki, Türkiyə tərəfinin dəfələrlə xatırlatmalarına baxmayaraq, bu öhdəliklər yerinə yetirilməyib. Bunu etmirlər, bacarmırlar. Cavab olaraq bəyan edirik ki, razılaşmalara əməl edilmədiyi təqdirdə özümüz terrorçulara qarşı lazımi addımları atacağıq. Bir gün əvvəl Suriyanın Kobani şəhərində terrorçuların 12 hədəfinə endirilən zərbələr bununla bağlıdır. Bu, davam edəcək əməliyyatların bir hissəsidir”./azvision.az