"ABŞ İsrailə yarım tonluq bombalar verəcək" - KİV

05/08/2024 - 16:16

ABŞ rəhbərliyi hava hücumlarında istifadə etməsi üçün İsrailə yarım tonluq MK-83 bombalarının göndərilməsinə icazə verib.

"AzPolitika" xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, iyulun sonlarında ABŞ-a səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Livan Hizbullahı ilə şimal sərhədində gərginliyin artacağı təqdirdə ABŞ prezidenti Co Baydendən daha ağır bombalar göndərməsini istəyib.

Qeyd olunur ki, Netanyahunun bu istəyi müsbət qarşılandığı üçün yaxın zamanlarda təxminən 1700 ədəd 250 kiloqramlıq MK-83 bombasının İsrailə çatdırılması gözlənilir.

Havadan yerə sərbəst düşmə və parçalanma xüsusiyyətləri ilə bilinən MK-83 bombaları ABŞ tərəfindən istehsal olunur. MK-83 ilə iri binaları, fabrikləri, enerji mərkəzlərini, körpüləri, yeraltı bunkerləri və təyyarə anqarlarını hədəfə almaq mümkündür.  Təxminən 454 kiloqram ağırlığında olan MK-83-ün uzunluğu 3 metrdir və tərkibində 202 kq tritonal partlayıcı var.

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10