ABŞ-ın kommersiya neft ehtiyatları 450 mln. bareldən aşağı enib

04/07/2024 - 10:12

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 12 157 min barel azalaraq 448 539 min barel təşkil edib. "APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 400 min barel azalacağını proqnozlaşdırırdı.ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin qiyməti artıb
26/08/2024 - 09:46
Neftin bu günə olan qiyməti
15/08/2024 - 16:44